Aktual / Xəbəriniz olsun!

Ağır itki yaşayan Pərvin Abıyeva geri döndü

Banu. | 21-01-2020, 13:33
67 0
Xəbər verdiyimiz kimi, aktrisa Pərvin Abıyevanın sevgilisi - keçmiş polis leytenantı Murad Abdullayevin qardaşı Cavid Abdullayev Yeni il gecəsi qəflətən dünyasını dəyişib.
Hadisə baş verdikdən sonra Pərvin Abıyeva sosial şəbəkə hesabını bağlamışdı. Artıq dünəndən aktrisa instaqrama geri dönüş edib.
Xatırladaq ki, Pərvin Abıyevanın sevgilisi Murad Abdullayev aktrisa ilə olan görüntülərinə görə işdən çıxarılıb. DİN-in yaydığı rəsmi məlumatda qeyd olunurdu ki, "Polis haqqında" Qanunun və "DİN əməkdaşlarının etik davranış kodeksi"nin müvafiq maddələrinin tələblərini pozaraq dəbdəbəli eyş-işrət məclisi təşkil etməklə müəmmalı həyat tərzi keçirən şəxslərlə birlikdə doğum gününü qeyd edərkən Daxili İşlər Orqanları əməkdaşı olmasını xüsusi qabartdığına, etdiyi polis adına yaraşmayan çılğın hərəkətlərinin yanındakılar tərəfindən qeydə alınaraq internet resurslarında yayılması ilə nəticələndiyinə, polis nüfuzuna xələl gətirdiyinə görə Murad Abdullayev Daxili İşlər nazirinin əmri ilə xidmətdən xaric edilib.sonxeber.az