Aktual / Xəbəriniz olsun!

Azərbaycanda şadlıq evində dəhşətli hadisə - YERİNDƏCƏ ÖLDÜ

Banu. | 21-01-2020, 13:31
90 0
Xaçmaz rayonunda şadlıq evində ölüm hadisəsi olub.
Hadisə rayon ərazisindəki "Aygün" şadlıq sarayında baş verib. Xaçmaz şəhər sakini, 1967-ci il təvəllüdlü, adıçəkilən obyektdə fəhlə işləyən Məmmədov Rəşid Hümmət oğlu toy zalının asma tavanında çilçıraq bağlayarkən tavanın gipsalitdən olan hissəsi uçub. Nəticədə 6 metrlik hündürlükdən mərmər döşəməyə yıxılan R.Məmmədov hadisə yerində ölüb.
Faktla bağlı Xaçmaz rayon Prokurorluğunda cinayət işi başlanıb.publika.az