Aktual / Xəbəriniz olsun!

İmişlidə 16 yaşlı nişanlı qız intihar etdi

Banu. | 20-01-2020, 23:08
98 0

İmişlidə intihar hadisəsi baş verib. 
"Azadqadin.az" APA-ya istinadən xəbər verir ki, İmişli rayonunun Otuziki kənd sakini, 2003-cü il təvəllüdlü Səmədova Dünyaxanım Abid qızı hamamda özünü asaraq intihar edib. 
İntihar edən qızın nişanlı olduğu bildirilir. 
Faktla bağlı İmişli Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.