Aktual / Xəbəriniz olsun!

Müğənni səhnədə çıxışı zamanı üzr istədi və öldü

Banu. | 20-01-2020, 20:12
410 0
Amerikalı müğənni Devid Olni Florida ştatında keçirilən müəllif mahnıları festivalında çıxışı zamanı vəfat edib.

Olninin konserti yanvarın 18-də keçirilib. 71 yaşlı ifaçı özünü pis hiss edərək stula əyləşib. Səhnədəki digər musiqiçilər və tamaşaçılar Olninin bir qədər dincəlmək istədiyini düşünərək dərhal köməyə gəlməyib.

Hadisə şahidlərinin sözlərinə görə, o, üçüncü mahnısını ifa edərkən özünü pis hiss edib. Olni üzr istədikdən sonra susub və huşunu itirib.big.az