Aktual / Xəbəriniz olsun!

Azərbaycanda ən çox rast gəlinən psixi pozuntular

Banu. | 7-02-2020, 08:00
61 0
Azərbaycanda ən çox rast gəlinən psixi pozuntuların adları açıqlanıb.
Psixi Sağlamlıq Mərkəzinin direktoru Fuad İsmayılov deyib ki, digər ölkələrdə olduğu kimi Azərbaycanda da ən çox müşahidə edilən psixi xəstəliklərin siyahısında ilk yerdə depressiya, təşviş pozuntuları, stress və ya adaptasiya pozuntuları dayanır.
Onun sözlərinə görə, psixi xəstəlikdən əziyyət çəkənlərin qeydiyyatını aparmaq mümkün deyil: "Mərkəzdə müraciət edən xəstələrin statistikası toplanır. Amma onların qeydiyyatını aparmaq düzgün deyil".
F.İsmayılov psixi xəstələrin stiqmalarının olduğunu da söyləyib: "Psixi xəstəliklərin müalicəsi üçün müraciət edəcəyi tədqirdə bunun həmin şəxslərin sonrakı fəaliyyətinə mənfi təsir edəcəyini düşünürlər. Amma buna baxmayaraq, əvvəlki illərlə müqayisədə belə xəstəliklərin müalicəsi üçün müraciət edənlərin sayı artıb. Bu da müsbət haldır".sonxeber.az