Aktual / Xəbəriniz olsun!

Bu gündən əhaliyə xərcinin bir hissəsinin qaytarılmasına başlanır

Banu. | 1-02-2020, 11:37
5 484 0
Xəbər verildiyi kimi, Vergi Məcəlləsində edilmiş dəyişikliklərə əsasən stimullaşdırıcı alət kimi bir sıra vergi güzəştləri tətbiq ediləcək. Əsas yeniliklərdən biri ticarət və iaşə müssisələrində ödənişlər zamanı tutulan verginin (ƏDV-nin) bir hissəsinin müştəriyə qaytarılmasıdır.
 
Belə ki, ödənişi post terminallar (nağdsız) və nağd edənlər müvafiq olaraq ƏDV-nin 15% və 10%-ni geri alacaqlar.
 
İqtisadiyyat Nazirliyinin 2019-cu ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında Dövlət Vergi Xidmətinin rəsmisi İlkin Vəliyev bildirib ki, ƏDV-nin bir hissəsinin müştəriyə qaytarılmasına 2020-ci ilin 1 Fevral tarixindən başlanılması nəzərdə tutulur.
 
“Əsasnamənin və texniki şərtlərin hazırlanması prosesi gedir. Artıq Əsasnamə layihəsi hökumətə təqdim edilib və qısa müddətdə təsdiq ediləcəyi gözlənilir. Paralel olaraq əlavə dəyər vergisinin geri qaytarılması prosesinə dair texniki tələblər hazırlanıb. Orada texniki xətalar çıxmadığı halda, ən uzağı, Fevralın 1-dən ƏDV-nin qaytarılması mexanizmi tam hazır olacaq və istehlakçılara təqdim ediləcəkdir”,- İlkin Vəliyev bildirib."Marja"