Aktual / Xəbəriniz olsun!

Bakıda 14 yaşlı qız itkin düşdü - Gecə 1-də taksiyə minib...

Banu. | 14-01-2020, 18:36
316 0
Bakıda 14 yaşlı qız itkin düşüb.

Aysel Salahova dünən gecə saatlarında Bilgəhdə yaşadığı evindən çıxıb, geri qayıtmayıb.

Qonşular gecə saat 00:00, 01:00 radələrində qapıya taksi gəldiyini görüblər. Bundan savayı heç bir məlumat yoxdur!

Ayselin ailəsi artıq itki ilə bağlı yaşadıqları ərazinin polis şöbəsinə müraciət edib.

Yeniyetməni gorənlərdən 050 201 93 93 nömrəsinə zəng vurmaq və ya yaxınlıqdakı hüquq-mühafizə orqanlarına məlumat vermək xahiş edilir.