Aktual / Xəbəriniz olsun!

Televizora baxan ər-arvad oturduqları yerdə öldü - MEYİTLƏRİ SƏHƏR TAPILDI

Banu. | 13-01-2020, 19:01
2 469 0
Televizora baxan ər-arvad oturduqları yerdə öldü - MEYİTLƏRİ SƏHƏR TAPILDI
Astarada ər və arvad dəm qazından boğularaq həyatını itirib.

  Astara şəhər sakini - 1958-ci il təvəllüdlü Səxavət Əhmədov və yaşıdı olan həyat yoldaşı Zərifə Əhmədovanın meyiti evlərindən tapılıb.

 Hadisə gecə baş verib. Onların öldüyünü yaxınları səhər bilib: “Gecə saat 12-dən sonra olub. Ər-arvad divanda oturub televizora baxan zaman dəm qazı öz işini görüb. Hər ikisi boğulub. Səhər qızı inəyi otlağa aparanda görüb ki, atasının evinin işıqları yanır. Qapılar da bağlı olub. İçəri girib baxıblar ki, hər ikisi ölüb”.

 “Biri kresloda, biri də divanın üstündə uzanıb. Canlarını tapşırıblar. Hadisə gecə olub, ayaqları vannada olub. Təzyiqölçən, yediyi portağalın qabıqları qalıb, çaynik qaynayıb”.

 Yaxınlarının dediyinə görə, analoji hadisə ilk dəfə deyil baş verir:“2 ay bundan qabaq da bu hadisə olub. Yaxşı xəbərdar olmuşdular, təcili tibbi yardım briqadası gəlmişdi, bunları ayıltmışdı. Bunlar gərək bir tədbir görəydi”.
 
Meyitlər müayinə üçün aidiyyəti quruma təhvil verilib.
Faktla bağlı araşdırma aparılır./APA