Aktual / Xəbəriniz olsun!

FHN əməkdaşları mənzildə meyit tapıblar

Banu. | 12-01-2020, 00:29
101 0
Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları Nizami rayonunda bağlı qapı arxasında meyit aşkarlayıblar. 
FHN-in mətbuat xidmətindən əldə etdiyimiz xəbərdə deyilir ki, “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nizami rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1972-ci il təvəllüdlü Hüseynova Könül Fərrux qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.oxu.az