Aktual / Xəbəriniz olsun!

Tanınmış aktyor özündən 33 yaş kiçik sevgilisi ilə evlənir

Banu. | 25-12-2019, 20:05
426 0
Türkiyənin tanınmış “Yeşilçam” aktyoru Nuri Alço 2020-ci ildə evlənəcək.
68 yaşlı aktyor özündən 33 yaş kiçik sevgilisi Burcu Sezginoğlu ilə 2020-ci ilin aprel ayında evlənəcəklərini açıqlayıb.
“Hazırda münasibətimiz yaxşı gedir. Problem yaşamırıq. Gələn il evlənməyi düşünürük. Amma tarix dəqiqləşməyib”, - deyə aktyor bildirib.
Xatırladaq ki, bir müddət öncə aktyorun sevgilisini hər kəsin gözü qarşısında döydüyü iddia olunurdu. 
Qeyd edək ki, daha çox “Yeşilcam” filmlərindəki mənfi obrazları ilə tanınan Nuri Alço Burcu Sezginoğlu ilə bir neçə ay əvvəl nişanlanmışdı.oxu.az