Xəbəriniz olsun! / Facebook statusları

Bakıda qadın özünü hündürmərtəbəli binadan atmaq istədi

Banu. | 24-12-2019, 15:55
123 0
Bu gün paytaxtın Binəqədi rayonunda Nübar Kişiyeva hündürmərtəbəli yaşayış binlarının birindən ictimai diqqəti üzərinə yönəltmək üçün intihara cəhd göstərib.


Bu barədə Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən verilən məlumata görə, qadının intihara cəhdin qarşısı ərazidə xidmət aparan Əlahiddə Çevik Polis Alayı və Fövqaladə Hallar Nazirliyinin müvafiq xidmətinin əməkdaşları tərəfindən alınaraq, Binəqədi RPİ-nin 5-ci Polis Bölməsinə təhvil verilib:

"Bölmədə onunla profilaktiki söhbətlər aparılıb".

Məlumatda vurğulanır ki, N.Kişiyevanın ətrafında aparılan araşdırma zamanı onun intihara cəhd etməsinə səbəb, polislə yox, tikinti şirkətlərindən biri ilə aralarında yaranan mənzil mübahisəsinin məhkəmə iddiası ilə bağlıdır. sonxeber.az