Aktual / Xəbəriniz olsun!

Bakıda daha bir bazar yandı - Yollar bağlandı YENİLƏNDİ

Banu. | 14-12-2019, 19:35
193 0
Bakı şəhəri, Nəsimi rayonunda ("3-cü mikrorayon bazarı" adlanan ərazidə) baş verən yanğın söndürülüb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.


Əlavə məlumat veriləcək.

18:22

FHN-dən verilən məlumata görə, Bakı şəhəri, Nəsimi rayonunda (3-cü mikrorayon bazarı adlanan ərazidə) baş verən yanğın saat 18:00 dəqiqədə yanğın məhdudlaşdırılıb. 
Əlavə məlumat veriləcək.

18:01

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, "112" qaynar telefon xəttinə, Bakı şəhəri, Nəsimi rayonunda ("3-cü mikrorayon bazarı" adlanan ərazidə) yanğın olması barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.
azxeber.com