Aktual / Xəbəriniz olsun!

Aybəniz Haşımovadan ŞOK SÖZLƏR: "Ölmək istəyirdim, çünki..."

Banu. | 7-12-2019, 20:26
84 0
"Bu, bir bəla idi mənim başımda, mən onu görürdüm, amma xilas ola bilmirdim".
Bu sözləri əməkdar artist Aybəniz Haşımova instaqramda paylaşdığı videoda deyib. Müğənni uzun müddət köklükdən əziyyət çəkdiyini, sonra qızı Aynişanın təklif etdiyi pəhriz sayəsində arıqladığını etiraf edib:
"Sağlam qidalanma sayəsində 97 kq çəkidən 91 kq-a düşmüşəm. Hünərim və güvənim özümə qayıtdı. Əvvəllər çox qəşəng idim, sonra kökəlib çox çirkinləşdim. O qədər narahat olmuşdum ki, güzgüyə baxanda "vayyy, mən nə günə qalmışam" deyirdim. Nə oxumaq, nə çölə çıxmaq istəyirdim, heç nə istəmirdim. Ölmək istəyirdim, doğurdan çox pis olmuşdum. Köklük bütün əhvalımı korlamışdı. Amma indi güzgüyə baxanda, bəzənəndə deyirəm ki, nə qəşəng olmuşam"sonxeber.az