Aktual / Xəbəriniz olsun!

"Hamı pozğundursa, oxuma" - Güneldən Aqşinə

Banu. | 22-11-2019, 11:11
118 0
Ötən gün "Hər şey daxil" proqramının qonağı müğənni Günel Ələkbərova olub.

Ifaçı efirdə Aqşin Fatehin "Müğənnilər pozğundurlar" sözlərinə cavab verib:

“Bəlkə, o, hamıya şamil etməyib? Qardaş, hamı pozğundursa, xoşuna gəlmir, oxuma. Niyə oxuyursan? Bəyənmirsənsə, oxuma, qurban olum. Sən necə? Bir qabdan çörək yeyirsən, sən də buradan pul qazanırsan, bəyənmədiyin digərləri də. İstər-istəməz digərləri ilə üzbəüz gəlirsən, bir masa arxasında oturursan. Kim nə deyir, özü üçün desin” deyə, Günel söyləyib.

Qeyd edək ki, A.Fateh müğənnilərin ünvanına bu sözləri işlətmişdi:

“Müğənnilərin 90 faizi bilinmir nədir: nə ətdilər, nə balıq. Hərənin bir baxış tərzi var. Elə pozğun müğənnilər var ki, onların lüks həyatı, geyimi, maşını, şəraiti uşaqlara təsir edir. Körpə baxıb düşünür ki, belə evdə yaşamaq, bahalı maşın sürmək, imkanlı olmaq üçün həmin müğənni kimi etməliyəm. Çoxları baxıb müğənniyə ibrət götürürlər”. big.az