Aktual / Xəbəriniz olsun!

Britaniya kral ailəsində parçalanma davam edir: Heç kim onlarla ünsiyyət qurmur

Banu. | 21-11-2019, 19:06
86 0
Britaniyada kral ailəsindən heç kim şahzadə Harri və Meqan Marklla ünsiyyət qurmur.
Bu barədə xəbər yayılib.
Nəşrin məlumatına görə, evli cütlüklə kral ailəsinin digər fərdləri arasında münasibətlər mürəkkəb olaraq qalır.
Bəziləri hesab edir ki, taxt-tacın varisi kimi şahzadə Uilyamın vəziyyəti qardaşı Harri ilə daimi gərginlik yaradır.
“O və Harri arasında müəyyən rəqabət olacaq. Bu da artıq münasibətlərə soyuqluq gətirir”, - deyə mənbədən bildirilib.
Qeyd edək ki, bazar ertəsindən etibarən şahzadə Harri və xanımı krallıq məsuliyyətlərindən 6 həftəlik fasilə götürüblər.
Onlar Şükranlıq gününü və Yeni ili sarayda deyil, Meqanın anası Doriya Raqlandla birlikdə keçirəcəklər.oxu.az