Aktual / Xəbəriniz olsun!

14 yaşlı qızla özünə kəbin kəsən molla həbs edildi - RƏZALƏT...

Banu. | 18-11-2019, 12:47
512 0

Tatarıstan Respublikasının Çeremeşensk rayonunda  29 yaşlı məscid imamının həbs edilməsi ilə bağlı qalmaqal başlayıb. 

Rusdilli İslam saytlarının yaydığı məlumata görə, Rəsul adlı mollan məscidə Quran kurslarına gələn 14 yaşlı qızla kəbin kəsdirməsi səbəbindən həbs edilib. Rusiya qanunları qızlara yalnız 16 yaşında evlənməyə icazə verir. Əgər imamın günahı təsdiq olunarsa, onu 4 ilədək həbs cəzası gözləyir.  Ancaq qızın anası, eləcə də Rəsulun ictimai müdafiəçisi, tanınmış jurnalist və kinorejissor İsgəndər Sirac bildirib ki, imamın həbsi üçün əsas yoxdur. Çünki 14 yaşlı Kamilənin valideynləri ilə əldə olunmuş razılığa görə, kəbin kəsilsə də, qızın 16 yaşı tamam olanadək, yəni qanuni nikah imzalananadək imam onunla birgə yaşamayacaq.
moderator.az