Aktual / Xəbəriniz olsun!

Sosial yardım alanlara ŞAD XƏBƏR - 2020-ci ildə...

Banu. | 13-11-2019, 18:29
342 0

Azərbaycanda ünvanlı sosial yardım alacaq insanların sayı AÇIQLANDI

Bakıda yeni Dost Mərkəzləri istifadəyə veriləcək.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Milli Məclisin bu gün keçirilən plenar iclasında bildirib.
Onun sözlərinə görə, tezliklə 2 və 3 saylı Dost Mərkəzlərinin istifadəyə verilməsi planlaşdırılır: “2 saylı Dost Mərkəzi Xəzər və Pirallahı rayonlarını, 3 saylı Dost Mərkəzi isə Nizami, Suraxanı və Sabunçu rayonlarını əhatə edəcək”.
Nazir bildirib ki, gələn il 85 min ailənin, yəni təqribən 360-370 min insanın ünvanlı sosial yardım proqramı ilə əhatə olunması proqnozlaşdırılır.
S. Babayev qeyd edib ki, 2020-ci ildə əhaliyə ödənişlərin məbləğində də artım gözlənilir: “Bu ödənişlər demək olar ki, hər il artırılır. Gələn il özünüməşğulluq proqramının daha da genişləndirilməsi nəzərdə tutulur”.APA


AzadQadin.az

Bunları da oxuyun:

Sevgilisinin oğlu tərəfindən öldürülən azərbaycanlı məşhurlar — Döyülənlər, bıçaqlananlar -SİYAHI

Ən ehtiraslı qan qrupu hansıdır? - Bu xəbərə diqqət

Bakıda BİABIRÇI OLAY: Ər arvadını xəyanət edəndə tutdu və... - VİDEO

Onu çox sevdim, inandım, amma o evli imiş... (oxucu məktubu)

Kişinin xəyanət etdiyini göstərən ağlınıza belə gəlməyən, 12 əlamət

Soyuq havada evinizi isitməyin 7 pulsuz üsulu

Bir stəkan südə bir çay qaşığı mixək əlavə edin və sonsuzluğa, cinsi zəifliyə son!