Aktual / Xəbəriniz olsun!

“Nənəm o qədər danışır ki, insanın lap yerə yıxılmağı gəlir”

Banu. | 13-11-2019, 15:09
621 0
ARB TV-də yayımlanan “Üç əlli” proqramının sonuncu buraxılışında maraqlı anlar yaşanıb. Belə ki, verilişdə qonaq olan Əməkdar artist Gülbahar Şükürlünün nəvəsi Fəridə barədə süjet təqdim olunub.
Fəridə nənəsinin xəsis olduğunu, nəvələri arasında ayrıseçkilik etdiyini bildirib: “Adı Gülbahardı, amma ona qarmon nənə deyirəm. Mənə hədiyyələr alır, amma yadımda deyil. Çünki çoxdan olub. Nənəm çox danışır, o qədər danışır ki, insanın lap yerə yıxılmağı gəlir.
Bir dəfə mavi koftalı dostu gəlmişdi. O qədər danışdılar ki, beynim getdi. Mənə “fəlfəl” deyə müraciət edir. Amma bundan xoşum gəlmir. Gül kimi adım var, məni öz adımla çağırsın. Qarmon nənəm bir az xəsisdir. Ondan şikayətçi deyiləm, lakin istədiyim şeyləri almır. Nənəm ən çox Mədinəni (bacısı) çox istəyir. Səbəbini bilmirəm”.


“Qafqazinfo”