Aktual / Xəbəriniz olsun!

Nazirlikdən ƏHALİYƏ XƏBƏRDARLIQ: hava kəskin dəyişir, güclü yağış, külək gəlir

Banu. | 13-11-2019, 14:38
149 0


Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında fasilələrlə yağış yağacağı, gecə və səhər yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək, arabir güclənəcək.
Havanın temperaturu gecə 9-12, gündüz 14-16, Bakıda gecə 9-11, gündüz 14-16 dərəcə isti təşkil edəcək.
Atmosfer təzyiqi normadan yüksək 769 mm civə sütunundan 772 mm civə sütununa yüksələcək, nisbi rütubət 80-90 faiz olacaq.
Azərbaycanın şimal və şərq rayonlarında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə yağışın intensiv olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 3-8, gündüz 14-18, dağlarda gecə 0-5, gündüz 8-13 dərəcə isti təşkil edəcək.
Tibbi-meteoroloji proqnoza görə, noyabrın 14-dən 17-dək Abşeron yarımadasında arabir güclənən xəzri küləyi fonunda temperaturun aşağı enəcəyi və rütubətli hava şəraiti gözlənilir ki, bu da meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

AzadQadin.az

Bunları da oxuyun:

Sevgilisinin oğlu tərəfindən öldürülən azərbaycanlı məşhurlar — Döyülənlər, bıçaqlananlar -SİYAHI

Ən ehtiraslı qan qrupu hansıdır? - Bu xəbərə diqqət

Bakıda BİABIRÇI OLAY: Ər arvadını xəyanət edəndə tutdu və... - VİDEO

Onu çox sevdim, inandım, amma o evli imiş... (oxucu məktubu)

Kişinin xəyanət etdiyini göstərən ağlınıza belə gəlməyən, 12 əlamət

Soyuq havada evinizi isitməyin 7 pulsuz üsulu

Bir stəkan südə bir çay qaşığı mixək əlavə edin və sonsuzluğa, cinsi zəifliyə son!