Aktual / Xəbəriniz olsun!

“Hamısını o qadın elədi, ərimin qarşısına şərt qoymuşdu ki, ya öz ailən, ya da mən..."

Banu. | 10-12-2019, 07:00
67 0

“Hamısını o qadın elədi, ərimin qarşısına şərt qoymuşdu ki, ya öz ailən, ya da mən..." 


Bu dəfə sizə Türkanənin (adı şərtidir) həyat hekayəsini təqdim edəcəyik. O, öz xalası oğluyla ailə qursa da, sonradan ayrılmalı olublar. Buna isə səbəb ərinin həyatında başqa qadının olmasıdır. 
Türkanə olanları belə nəql edib:

“Düzünü bilmək istəsəniz, onu deyim ki, biz xalam oğluyla sevgili olmamışıq. Heç ağlıma da gəlmirdi ki, onunla ailə quracam. O, Rusiyada yaşayırdı və kəndimizə evlənməyə gələndə xalam məni oğluna istədi. Bu məsələyə valideynlərim də razı oldular. Ailə qurduqdan sonra mən də yoldaşımla birlikdə yaşadığı şəhərə getdim”. 

“Bu illər ərzində iki övladımız dünyaya gəldi...”

“Bir müddət firavan yaşadıq, amma həyat yoldaşımın həyatında başqa qadınların olduğunu hiss edirdim. Çünki imkanları yaxşı idi və elə yerdə də qadınlarla əylənməyə hər bir şərait var idi. Bir sözlə, pul hər şeyi həll edir. Bu illər ərzində iki övladımız dünyaya gəldi. Amma vaxt keçdikcə həyat yoldaşımdan bu soyuqluğu hiss edirdim. Nəhayət ki, bir gün məlum oldu ki, onun həyatında həqiqətən də bir qadın var”. 

“Dedi ki, nə istəsən, alıb yollayacam, amma bircə arxamca gəlmə...”

“Mən isə bunu qəbul edə bilmədim. Evimizdə söz-söhbətlər başladı. Bundan sonra boşanmasaq da həyat yoldaşım bizi yaşadığımız kəndə gətirdi. Ev alıb hər bir şeylə təmin edib özü Rusiyaya qayıtdı. Dedi ki, nə istəsən, alıb yollayacam, amma bircə arxamca gəlmə. O, başa düşmədi ki, mənə həyat yoldaşı lazımdır, cavan gəlini başsız qoyub necə getmək olar? Uşaqlarım da atalarını soruşurlar”.

“Hələ ki, belə yaşayırıq, görək sonrası necə olacaq...”

“Hamısını o qadın elədi, ərimin qarşısına şərt qoymuşdu ki, ya öz ailən, ya da mən. Həyat yoldaşım da buna görə bizdən ayrılıb onunla yaşayır. Amma bu nə qədər davam edəcək, bilmirik. Bir müddət öncə anamı da itirdim və indi özümü daha çox tək hiss edirəm. Anam arxam-dayağım idi. Hələ ki, belə yaşayırıq, görək sonrası necə olacaq. Bu da mənim öz xalam oğluyla ailə qurmağımın sonu”. 

Vasif Əlihüseyn
Moderator.az


Bu xəbərlər də maraqlıdır
AzadQadin.az

Bu xəbərlər çox maraqlıdır:

Ərim puldan ötəri məni yad kişiylə qalmağa məcbur edir!

Cinsi əlaqə zamanı CORAB GEYİNSƏNİZ... - Nəticəsinə inanmayacaqsız

Ən bəxti gətirən bürc hansıdır?- Şans üzünüzə mütləq güləcək!

Evinizin uğurlu olması üçün, yaxşı iş tapmaq üçün... - Vanqadan məsləhətlər

Evli Kişilər Niyə yoldaşlarını aldadırlar-ŞOK SƏBƏB

Kişiləri intihar həddinə çatdıran 5 Hiyləgər qadının həyatı

17 yaşlı gəlin bakirə çıxmadı və... - Azərbaycanda toy günü TÜKLƏRİ BİZ-BİZ EDƏN HADİSƏ

Ərə getməyən qızların evli və ya boşanmış kişilərlə yaşamaq sevgisi

ƏN SON XƏBƏRLƏR BURADA!