Aktual / Xəbəriniz olsun!

Aldığı burqerin içindən toyuq ayağı çıxdı-ŞOK FOTO

Banu. | 12-11-2019, 20:14
101 0
İngiltərənin Surrey bölgəsində yaşayan Laura-Ceyn Popsi qızını dərsdən götürdükdən sonra "fast food" restoranına üz tutub. Restorandan toyuq burqeri alan qadın avtomobilinə qayıdıb. Onun qızı burqeri yeyəndə gənc qadın gözlərinə inanmayıb. O, çörəyin içində toyuq ayağı görüb və qidanı qızının əlindən alıb.
Popsi burqerin fotosunu çəkərək restoranı məsələdən xəbərdar edib. Restoran isə burqeri toyuq sinəsindən hazırladıqlarını, çörəyin içində görünən isə damar ola biləcəyini iddia ediblər. Bu cavabdan narazı qalan Popsi isə fotoları sosial şəbəkədə paylaşıb. sonxeber.az