Aktual / Xəbəriniz olsun!

Sürücülərin diqqətinə: 4 gündən sonra cərimələr başlayır

Banu. | 11-11-2019, 21:57
88 0
Bu il mayın 1-dən qeyri-rəsmi olaraq plyonkalara icazə verildi. Ancaq buna qədər yalnız arxa yan şüşələrə jaluz-pərdə vurulmasına icazə verilirdi.

AzadQadin.az bildirir ki, bu sözləri Axar.az-a açıqlamasında yol-nəqliyyat eksperti Elməddin Muradlı deyib. O bildirib ki, bu il yol patrul xidməti əməkdaşlarına avtomobilinə qara plyonka vuran sürücüləri incitməmək tapşırığı verilmişdi:

"Sürücülər də buna əsaslanaraq plyonka vurmağa başladılar. Hətta qabaq yan şüşələrinə qara plyonka vuran taksi sürücüləri də oldu. Halbuki bu olduqca təhlükəli bir haldır. Qara pllyonka da birdəfəlik məhsuldur. Yəni jalüz və ya pərdə olanda bu il çıxarıb, gələn il yenidən istifadə edə bilirsən. Ancaq plyonka bir dəfə taxıldısa, çıxarılandan sonra istifadəsi mümkün deyil. Bu da sürücüləri narahat etməyə başlayıb. Hesab edirəm ki, plyonkalarla bağlı olan qadağa ləğv olunmalıdır".

E.Muradlı bildirib ki, əksər deputatlar və yol-nəqliyyat ekspertləri də arxa yan şüşələrə plyonka vurulmasını qadağan edən qanunun ləğvini dəstəkləyir:

"Hesab edirəm ki, arxa yan şüşələrə plyonka vurmaq olar. Bunun üçün beynəlxalq təcrübə də var. Ancaq təbii ki, qabaq yan şüşələrə pərdə, jaluz, qara plyonka vurulması tam qadağandır və buna icazə vermək olmaz. Çünki bizim sürüclər qabaq yan şüşələrə plyonka vurdursalar təhlükəsizlik kəmərindən istifadə etməyəcək, telefonla danışacaq, qucağında uşaqla maşın sürəcək, azyaşlı uşağı qabaqda oturdacaq və sair. Yol polisi də pozulan bu qaydaları aşkar edə bilməyəcək".

E.Muradlı bildirib ki, hazırkı qaydalara görə, 15 noyabr tarixindən sonra pərdə, plyonka, jalüzləri açmayan sürücülər cərimələnəcək.

Qeydd edə ki, hər il olduğu kimi, bu il də iqlim şəraiti nəzərə alınaraq plyonka və jalüzlərlə bağlı 1 maydan tətbiq edilən güzəşt 15 noyabr tarixində başa çatır.

Digər xəbərləri də oxuyun:

Özü atalıq sevincindən ölüb - Doğulduğu qızı da qəzada

Şad xəbər: SSRİ-DƏ DOĞULAN HƏR KƏSƏ RUSİYA VƏTƏNDAŞLIĞI VERİLƏCƏK

Fahişədən etiraflar: “1000 manat versələr də, onlarla görüşmərəm, iyrənirəm”

17 yaşında görüşdüyü dördüncü kişiyə həyatını danışan fahişə...

İnsanın ölüm günü doğum günü kimi təsadüfi seçilmir - Hər kəs öz xarakterinə uyğun son proqnozlaşdırır

Bu gecə hazırla və ərin səni 1 saniyə belə tək qoymayacaq

Gördüklərinizə inanmayacaqsınız!!.İnsan əti satılan restoran açıldı.Dünyanı sirkələyən hadisə.

Fahişə kraliçanın sarayda dəhşətli İNTİM OYUNLARI: başlarına oyun açılan kişilər...

Azərbaycanda qızları olan ailələrə ŞAD XƏBƏR

“Qoşulub qaçdım... dedi, səni ikinci arvad kimi saxlayıram...” - ARAŞDIRMA