Aktual / Xəbəriniz olsun!

”Xəzər TV”nin səhvinə görə tələbələrin kartından pul oğurlandı

Banu. | 11-11-2019, 21:06
105 0
"Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbələrinin kartından pul oğurlayan şəxslər müəyyənləşib və vəsait tezliklə geri qaytarılacaq". 

Bu barədə “report”a UNEC-dən məlumat verilib.

Ali məktəbdən bildirilib ki, 2 tələbənin kartından ümumilikdə 232 manat məbləğində vəsait silinib: “Ötən həftə təqdimatı olan “Smart Tələbə Kartı” ilə bağlı “”Xəzər TV” süjet hazırlamışdı. Həmin süjetdə kartların göstərilməsi zamanı gizli saxlanılmalı olan hissələr də açıq şəkildə nümayiş olunmuşdu. Bundan sonra isə bir nəfər həmin kart məlumatlarından istifadə edərək “aliexpress.com” saytından alış-veriş edib.

Bəzi saytlar var ki, onlar "3D" təhlükəsizlik şifrəsi tələb etmir. "aliexpress.com" saytı da belələrindəndir. Ona görə, bu kartdan orada istifadə etmək asan olub. Prezident təqaüdçüsü olan iki qız tələbəyə məxsus kartların 1-dən 210, digərindən isə 22 manat məbləğində ödəniş olunub. Artıq həmin şəxs müəyyənləşib. Hazırda həmin vəsaitlərin geri qaytarılması üçün müraciət olunub və vəsait tezliklə geri qaytarılacaq”.

Xatırladaq ki, “Kapital Bank” ASC, “MasterCard” və UNEC-in birgə təşəbbüsü ilə hazırlanan “Smart Tələbə Kart”ları özündə bir neçə funksiyanı birləşdirir. Bu həm tələbə, həm təqaüd, həm debet kartıdır. Gələcəkdə isə həmin kartlardan nəqliyyatda ödənişlər üçün də istifadə ediləcək.
BAKU.WS

Digər xəbərləri də oxuyun:

Özü atalıq sevincindən ölüb - Doğulduğu qızı da qəzada

Şad xəbər: SSRİ-DƏ DOĞULAN HƏR KƏSƏ RUSİYA VƏTƏNDAŞLIĞI VERİLƏCƏK

Fahişədən etiraflar: “1000 manat versələr də, onlarla görüşmərəm, iyrənirəm”

17 yaşında görüşdüyü dördüncü kişiyə həyatını danışan fahişə...

İnsanın ölüm günü doğum günü kimi təsadüfi seçilmir - Hər kəs öz xarakterinə uyğun son proqnozlaşdırır

Bu gecə hazırla və ərin səni 1 saniyə belə tək qoymayacaq

Gördüklərinizə inanmayacaqsınız!!.İnsan əti satılan restoran açıldı.Dünyanı sirkələyən hadisə.

Fahişə kraliçanın sarayda dəhşətli İNTİM OYUNLARI: başlarına oyun açılan kişilər...

Azərbaycanda qızları olan ailələrə ŞAD XƏBƏR

“Qoşulub qaçdım... dedi, səni ikinci arvad kimi saxlayıram...” - ARAŞDIRMA