Aktual / Xəbəriniz olsun!

Bakıda 8-ci sinif şagirdinin başı kəsilib? - POLİSDƏN AÇIQLAMA

Banu. | 8-11-2019, 14:46
77 0


Bakı şəhərində azyaşlının qətlə yetirilməsi ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlar həqiqətə uyğun deyil. 
Bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Mətbuat Xidmətindən bildirilib. 
İdarədən qeyd edilib ki, nə dünən, nə də bu gün belə bir faktla bağlı polis orqanlarına məlumat daxil olmayıb.
Qeyd edək ki, sosial şəbəkədə 8-ci sinif şagirdinin hamilə qaldığı, buna görə də atasının sifarişi ilə əmisi tərəfindən
başı kəsildiyi məlumatı yayılıb.azxeber.az