Aktual / Xəbəriniz olsun!

Xəbər az öncə gəldi: Əhaliyə qəti xəbərdarlıq edildi, SABAH... - RƏSMİ

Banu. | 2-11-2019, 14:40
1 712 0
Azərbaycanda bazar gününə gözlənilən hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, noyabrın 3-də Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə yağış yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir.
Güclü şimal-qərb küləyi gündüz mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 8-10° isti, gündüz 11-13° isti, Bakıda gecə 8-10° isti, gündüz 11-13° isti təşkil edəcək.
Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunundan 773 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 80-90 %, gündüz 60-70%olacaq.
Tibbi-meteoroloji proqnoza gəlincə isə noyabrın 3-ü səhərədək Abşeron yarımadasında yağışlı, küləkli hava şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişsizdir.
Azərbaycanın rayonlarında bəzi yerlərdə yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi şərq rayonlarında intensiv olacağı ehtimalı var. Gündüz əksər rayonlarda əsasən yağmursuz. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 7-12° isti, gündüz 14-19° isti, dağlarda gecə 1-6° isti, gündüz 7-11° isti, təşkil edəcək.

Bu xəbərləri qaçırmayın:

"Yengə çox yaxşı adətdir, gəlinin vizit kartıdır"- Video

"Rəfiqələrimi hamilə qoyan ərlərim olub" - Məşhur aktrisadan İNANILMAZ AÇIQLAMALAR

DİQQƏT: Bunu edin, istiliyə iki qat az pul odəyəcəksiniz, 5 qat artıq eviniz qızacaq

Bu bürcün kişiləri hansı qadınlardan ötrü dəli-divanədir