Aktual / Xəbəriniz olsun!

ƏHALİYƏ BƏD XƏBƏR: Qazın qiyməti artırıla bilər - Açıqlama

Banu. | 2-11-2019, 11:53
1 964 0

“İyul ayından başlayaraq ölkədə maye qazla bağlı problemlər yaranıb-əvvəl fasilələrlə satılırdı, sentyabr ayından satılmır. Azqaz, Socar və digər qaz doldurma məntəqələri bağlanıb. Bunun bir məntiqli izahı var?”

AzadQadin.az bildirir ki, bu şikayətlə Bizimyol.info redaksiyasına dəfələrlə müraciət edilib. Maye qazın tapılmamasının səbəbini iqtisadçı ekspert Natiq Cəfərli belə açıqlayır.
 Natiq Cəfərli
“Maye qazın tapılmaması istehsalın azalması ilə əlaqədardır. Həm də SOCAR-a aid zavodlarda yenidənqurma işləri aparılır. Ələtdə yeni açılmış zavodda qaz emalı üçün qazın həcminin azalması hiss olunur. Bu amillər maye qazın satışının azalmasına səbəb olub. Buna görə əsasən də regionlarda qaz təchizatı azalıb. Bu da sxılmış qazın qiymətinin yüksəlməsi ilə nəticələnə bilər və bu gözlənilir”.
Ekspert qeyd edib ki, Gürcüstan və Türkiyəyə qaz ixracımız artıb. “İldə 4 milyard kub satış barədə müqavilə imzalanıb. Bu ilin sonuna biz qaz satışından bir milyrad dollardan artıq gəlir götürəcəyik. Ona görə qazın qiymətinin artımını gözləyirik. Xaricə qaz satışlarının artması ölkə daxilinə qaz verilməsinin səviyyəsini azaldır. Hər gün mətbuatda ölkə daxilində müxtəlif yerlərdə qaz xətlərində təmir işlərinin aparıldığı bildirilir. Birdən birə 4-5 rayonda saatlarla qaz təzhizatı dayandırılır. Əslində təmir getmir, daxili qaz istehakını tənzimləmək üçün bu üsullara əl atılır. Bakının rayonlarında, regionlarda qaz kəsilmələrinin səbəbi də elə budur”.


Bu xəbərləri qaçırmayın:

"Yengə çox yaxşı adətdir, gəlinin vizit kartıdır"- Video

"Rəfiqələrimi hamilə qoyan ərlərim olub" - Məşhur aktrisadan İNANILMAZ AÇIQLAMALAR

DİQQƏT: Bunu edin, istiliyə iki qat az pul odəyəcəksiniz, 5 qat artıq eviniz qızacaq

Bu bürcün kişiləri hansı qadınlardan ötrü dəli-divanədir