Aktual / Xəbəriniz olsun!

Pensiya artımı haqda açıqlama: “Ən azı 350-400 manat...”

Banu. | 13-10-2019, 16:36
1 721 0
“AzadQadin.az” xəbər verir ki, bu fikirləri Yenicag.az-a açıqlamasında ölkədə əmək pensiyalarının tələb olunan minimum həddi haqda danışan iqtisadçı İlham Əzizov deyib.
Bu il oktyabrın 1-dən etibarən, Azərbaycanda əmək pensiyalarının minimum məbləği 200 manata çatdırılıb. Lakin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata əsasən, bu tendensiya gələn il də davam etdiriləcək və orta aylıq əmək haqqının artım nisbətinə uyğun olaraq, təqaüdlər 14-15 faiz civarında artırılacaq. Bəs nəzərdə tutulan bu artım təqaüdçülərin maddi durumuna necə təsir göstərəcək?
İlham Əzizovun sözlərinə görə, ölkədə əmək pensiyalarının məbləği aşağıdır və hökumətin bu məbləği iki dəfə artırmaq imkanı var:
"Pensiya məbləği hesablanarkən, minimal yaşayış həddi nəzərə alınır. Mövcud reallıq bundan ibarətdir ki, hazırda ölkəmizdə pensiyaların məbləği aşağıdır.
Bu baxımdan, 14 – 15%-lik artım təqaüdçülərin sosial vəziyyətinə ciddi təsir göstərməyəcək. Bir təqaüdçünün aylıq ehtiyaclarının qarşılanması üçün pensiyanın minimum məbləğinin 350-400 manat olması məqsədəuyğundur.
Hökumət büdcə xərclərini optimallaşdırmaq və nəzarəti gücləndirməklə, pensiyaların məbləğini iki dəfə artıra bilər. Eyni zamanda, bir çox vətəndaşların qeyri-qanuni şəkildə pensiya almalarına son qoymaq üçün ciddi tədbirlərin görülməsinə ehtiyac var”.

Bu xəbərləri qaçırmayın, oxuyun:

“Bakı Kart”da pulunuz belə oğurlanır – Diqqət

Bu da Yaşar Nurinin qızı Ülkər - FOTOLAR

“Qızım hamilə olanda qayınanası qarnından vururdu” - Leylanın anası+Video

Yekaterinanın ilk xəyanəti və digər eşq macəraları

Gündə bir dəfə üzünüzə sürtün...Kosmetoloqlar işsiz qalacaq..

Bu havayı inqredientlə ağ saçlardan birdəfəlik xilas olacaqsınız! Bundan asan və əlverişli nə ola bilər ki...

Bu da Yaşar Nurinin qızı Ülkər - FOTOLAR