Aktual / Xəbəriniz olsun!

"Südpulu" ilə bağlı valideynlərə ŞAD XƏBƏR

Banu. | 11-12-2019, 08:00
1 975 0
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən uşağın doğulmasına görə birdəfəlik müavinət təyinatı elektronlaşdırılıb.
Bu barədə məlumatı nazir müavini Anar Kərimov mətbuat konfransında verib. O bildirib ki, ilin sonuna kimi daha 10 müavinətin elektronlaşdırılması nəzərdə tutulub: "Xidmət yeni doğulan uşaqlara şamil olunur. Uşağın doğulmasına görə birdəfəlik müavinət valideynlər (və ya onlardan biri) işlədikləri halda onların iş yeri vasitəsilə ödənilir. Hər iki valideyn işləmirsə, bu ödənişin alınması üçün müvafiq sənədlərlə nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) rayon (şəhər) şöbəsinə müraciət olunur.Müavinəti hansı bankdan alacağı barədə valideynə SMS-məlumat göndəriləcək. Bundan sonra valideyn şəxsiyyət vəsiqəsini təqdim etməklə müvafiq bankdan müavinəti alacaq.
Bu müavinəti əldə etmək üçün valideynlər 5-6 sənəd toplamalı və bəzən 4-5 ay müddətində gözləməli olurdu. İndi biz vətəndaşı həmin qurumlarla ünsiyyətdən qoruyuruq. Proses həm şəffaflaşır, həm də sürətlənir".
Nazir müavini qeyd edib ki, cari ildə ölkədə yeni doğulan uşaqlara görə birdəfəlik müavinət 109 manatdan 200 manata çatdırılıb. Yeni doğulmuş uşaqlarla bağlı müavinət təyin olunanların sayı ötən il 130 min nəfər olub. Ümumilikdə isə il ərzində 600 minə yaxın uşaqlar müxtəlif müavinətlərdən yararlanıb.sonxeber.az


Digər xəbərləri də oxuyun:

Həkimlər sübut etdi – Tualetdə telefon istifadə etmək...

Ən tanınmış sağlamlıq resepti. 100 xəstəliyə çarədir

Ər-arvad arasında çox böyük haramlar var!-ən böyük haramsa...inanmayacaqsınız!

İnsanları cana yığan köp - Oxucuların xahişi ilə xüsusi reseptlər

"Əmim qızına əxlaqsız şəkil göndərmişdi" - Sevgi cinayətinin təfərrüatı

40 yaşlı müğənnini bağırsaq xərçəngindən xilas edən toxum – Babasını da ölümdən qurtarmışdı

“WhatsApp”dan növbəti ailələrə söz-sohbət salacaq YENİLİK