Aktual / Xəbəriniz olsun!

Üç uşaq anası evdən qaçmaq üçün ssenari qurub - TƏFƏRRÜAT

Banu. | 28-09-2019, 14:53
2 719 0
Gəncədə üç uşaq anasının evdən qaçmasının təfərrüatı məlum olub.

Vüsalə Hüseynova sentyabrın 21-də axşam saatlarında evdən çıxaraq, rəfiqəsinin həyat yoldaşı ilə Bakı şəhərinə gəlib. 

Məlum olub ki, V.Hüseynova ailəsində yaranan problemlərə görə evdən qaçıb. Bir neçə gündür Bakıda rəfiqəsigildə qalıb. 

Qadının rəfiqəsinin həyat yoldaşı V.X. bildirib ki, V.Hüseynovanı əvvəllər tanımayıb. Həyat yoldaşı dəfələrlə ona V.Hüseynovanın problemlərindən danışsa da, o, ailənin dağılmasını istəməyib.

Sonda V.Hüseynova evdən çıxaraq naməlum istiqamətə gedəcəyini bildirib. V.X. onun Bakı şəhərində onlarda qalmağına icazə verib. 

Təkidlərə baxmayaraq, V.Hüseynova evə dönmək istəmədiyini bildirib.

V.Hüseynov evdən gedərkən onun oğurlanması ehtimal edilsin deyə ssenari qurub. Belə ki, onun həyat yoldaşı Ramin Hüseynov işdən evə qayıdan zaman həyat yoldaşının evdə olmadığını, evin pəncərəsinin sındırıldığını və yerdə qan izlərinin olduğunu görüb. 

Araşdırma zamanı şüşənin qadının rəfiqəsinin yoldaşı V.X. tərəfindən əli ilə sındırıldığı müəyyənləşib. 

Qeyd edək ki, V.X dünən əlinin sarğısını xəstəxanada dəyişdirən zaman polis ona şübhəli şəxs kimi yaxınlaşıb. O, polisləri evə apararaq, V.Hüseynovanı polisə təhvil verib. 

Xatırladaq ki, sentyabrın 21-i V.Hüseyovanın yaxınları onun oğurlanmasını ehtimal edib polisə müraciət ediblər.azxeber.com


Bu xəbərləri də MÜTLƏQ oxuyun:

Üç uşaq atası biləndə ki, o əvvəldən dölsüzdür, arvadını...

Dəfnə yarpağı pulu özünə çəkən ən güclü “Maqnitdir”

Ölünü belə dirildən resept. Bütün dərdlərin dərmanı cəmi 1 dəqiqədə hazırlanır.

Həkimlər şokda: Sabun və süd vasitəsilə, dərmansız, həkimsiz varikozdan xilas ol

Qadınlar üçün: ən təhlükəli və zəhlətökən kişi bürcləri bunlardır – SİYAHI