Aktual / Xəbəriniz olsun!

Əhaliyə maaş və pensiyalarla bağlı ŞAD XƏBƏR: Gələn il...

Banu. | 17-09-2019, 19:49
3 865 0

“Neftin dünya bazar qiymətləri bu il üçün Azərbaycanın dövlət büdcəsinin gəlirləri baxımından əlverişlidir”.
Bunu iqtisadçı ekspert Pərviz Heydərov deyib.

Ekspert bildirib ki, ilin başa çatmasına 3 aydan çox vaxt qalmasına baxmayaraq, proseslər göstərir ki, ilin sonunadək də neftin dünya bazar qiymətlərinin səviyyəsi bizim üçün sərfəli həddə qalmaqda davam edəcək: “Növbəti ilin dövlət büdcəsi lahiyəsində də neftin dünya bazar qiymətlərinin səviyyəsinin 55 ABŞ dolları həddində götürülməsi lap sevindirici oldu. O mənada ki, bu qiymət cari ildəkindən 5 dollar aşağıdır. Bu il sözügedən qiymət səviyyəsi 60 dollar götürülmüşdü. Dünya bazarlarında faktiki hədd isə demək olar, həmişə bundan yuxarı olub. Belə ki, ilin birinci yarısında Azərbaycan neftinin dünya bazar qiymətlərinin orta səviyyəsi 65 ABŞ dolları həddində qeydə alınıb. Növbəti il ərzində, yəni 2020-ci ildə isə qiymət heç də bundan aşağı olmayacaq. Odur ki, növbəti ilin büdcə lahiyəsində sözügedən həddin cari ildəkindən bir az da aşağı səviyyədə götürülməsi olduqca müsbət yanaşmadır, mövqedir. Və bu, cari ilin başlanğıcından etibarən həyata keçirilməyə başlanılan genişmiqyaslı sosial paketin icrasının gələn il də uğurla davam etdiriləcəyinə əlavə zəmanət deməkdir”.Publka.az


AzadQadin.az

Bu xəbərləri də oxuyun:

Hitler və Stalinin dərdindən divanə olduğu AGENT QADIN - MARAQLI FAKTLAR

Ölümdən sonra tükürpədici 10 gerçək: İnsan ölür və 20 dəqiqə sonra…

"Başqaları üçün 100 minlərlə pul xərcləyib, villa alan Elçin..." - QALMAQAL YENİDƏN BÖYÜDÜ

Çox xəstəliklərdən xilas edən unikal resept – Şəkər, təzyiq, mədəaltı vəz, damar tutulması

Arvadını zəncirlə boğub öldürdü - Səbəbi DƏHŞƏTƏ GƏTİRƏCƏK