Aktual / Xəbəriniz olsun!

Sevgilisini öldürən sabiq polis əməkdaşının məhkəməsinə şahidlər məcburi gətiriləcək

Banu. | 23-08-2019, 21:41
169 0
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə təqsirli bilinən Günel Qasımovanın cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hakim Azər Paşayevin sədrliyi ilə prosesdə iki şahidin məhkəməyə gəlmədiyi elan olunub. Məhkəmə həmin şahidlərin barəsində məcburi gətirmə qərarı çıxarıb.
Məhkəmənin növbəti iclası avqustun 28-nə təyin edilib.
Qeyd edək ki, hadisə ötən ilin oktyabr ayında Xırdalan şəhərində baş verib. Abşeron rayonunun Xırdalan şəhər sakini, 27-ci məhəllə, ev 2, mənzil 9-da yaşayan 1979-cu il təvəllüdlü Ramiz Rasim oğlu Hüseynov parkda naməlum şəxs tərəfindən bıçaqlanıb. O, çoxlu qan itirdiyindən hadisə yerində ölüb.
Rayon hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində cinayətin sevgilisi G.Qasımova tərəfindən törədildiyi məlum olub və saxlanılıb. O, 39 yaşlı kişini gecə saatlarında parkda bıçaqlayaraq hadisə yerindən qaçıb. G.Qasımovanın barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
Xatırladaq ki, G.Qasımova keçmiş polis əməkdaşı olub. O, 2016-cı ilin yanvar ayında daxili işlər orqanlarından xaric edilib.oxu.az