Aktual / Xəbəriniz olsun!

Trampı dəstəkləyən gözəlin tacı əlindən alındı

Banu. | 23-08-2019, 21:18
49 0
ABŞ-da model Keti Uilyamsın "Miss Nevada" titulu əlindən alınıb.
Buna səbəb 29 yaşlı modelin müsabiqə bitdikdən sonra sosial şəbəkədə ştat qalibinin (Nevada) rəsmi səhifəsində etdiyi bir neçə siyasi paylaşım olub. Antifaşist hərəkatını terrorizm adlandıran və feminizmi tənqid edən Uilyams ABŞ prezidenti Donald Trampla həmrəylik nümayiş etdirib.
Təşkilatçılar hesab edir ki, iştirakçılar siyasi məsələlərə toxunmamalıdır. Onların sözlərinə görə, Uilyams eyni paylaşımları şəxsi hesabında rahat şəkildə yerləşdirə bilərdi.
"Miss Nevada" titulu əlindən alınan model "Miss Amerika" müsabiqəsindən də kənarlaşdırılıb.sonxeber.az