Aktual / Xəbəriniz olsun!

Təhsil haqqını ödəyə bilməyən Zeynəb kömək istəyir

Banu. | 22-08-2019, 16:45
175 0

“Atam yoxdur, anam isə yataq xəstəsidir” 

Astara sakini Zeynəb Əlizadə müəllim yanına hazırlığa getmədən Azərbaycan Dillər Universitetinin “Jurnalistika” ixtisasına qəbul olub. Onun ön böyük arzusu jurnalist olmaqdır. Qəbul imtahanından uğurla keçən Zeynəb tələbə adını qazansa da, təhsil haqqını ödəməyə maddi imkanı çatmır.

İmtahanda 329 bal toplayan Zeynəb Əlizadə bildirib ki, onlara nənəsi baxıb. 

“Hazırlığa getməmişəm. Özüm evdə oxumuşam. Təhsilə böyük həvəsim var. Nənəm Hacı Mərzan “Astara” qəzetində işləyib. Atam yoxdur, anam yataq xəstəsidir. Ailədə 3 övladıq. Bir bacım mənimlə oxuyub. O, imtahandan kəsilib. Digər bacım isə yaşca kiçikdir. Bizi nənəm böyüdüb. Nənəmin aldığı aylıq 200 manat pensiya ilə dolanırıq”. 

Zeynəb təhsilini davam etdirmək üçün illik 1500 manat ödəniş etməlidir: “Ödənişli əsaslarla qəbul olmuşam, təhsil haqqı 1500 manatdır. Dolanışıq çətin olduğu üçün təhsil haqqını ödəyə bilmirəm. Sənəd qəbulunun bitməsinə 5 gün qalır, çox istərdim ki, ali təhsil alım. Təhsilim yarımçıq qalmasın”. 

Hazırda ailəsi ilə birlikdə Astarada yaşayan Zeynəb imkanlı şəxslərdən təhsil haqqını ödəmək üçün kömək istəyib. 

Qeyd edək ki, ADU Tələbə Həmkarları İttifaqı Komitəsi tərəfindən Zeynəbin yataqxanada qalması, gündəlik yeməyi pulsuz təmin ediləcək. Hətta onun işləməsi üçün də şərait yaradılacaq. azvision.az


Digər mühüm xəbərlər: 

Dava-dərmandan qurtulmaq istəyirsizsə, bu 4 qidanı azaldın – Məşhur yapon qastroenteroluqundan TƏLİMAT

"Mənə lüt şəkillərini göndərən kişiləri biabır edəcəm"

Bu da Ruhinin heç yerdə görmədiyiniz əkizləri...Çox böyüyüblər-FOTO

Ailəli kişinin evinə gedən gənc qız: Oyananda gördüm ki, artıq gecdir