Aktual / Xəbəriniz olsun!

Hava ilə bağlı əhaliyə VACİB XƏBƏRDARLIQ - Diqqətli olun!

Banu. | 21-08-2019, 15:20
6 037 0
Azərbaycanda avqustun 22-nə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava günəşli olacaq. Şimal küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək. Havanın temperaturu gecə 20-24°, gündüz 33-38° isti olacaq.
Abşeron çimərliklərində şimal küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək. Dəniz suyunun temperaturunun şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh və Zuğulbada 25-26°, cənub çimərliklərində - Türkan, Hövsan, Sahil və Şıxda 26-27° isti olacağı gözlənilir.
Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, avqustun 22-23-də Bakıda və Abşeron yarımadasında zəif küləyin üstünlüyü, arabir yaranan durğun hava şəraiti fonunda gündüz isti temperatur diskomfortu gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsizdir.
Naxçıvan Muxtar Respublikasında hava yağmursuz keçəcək. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 17-22°, gündüz 35-40°, bəzi yerlərdə 42° isti olacağı ehtimal edilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında hava yağmursuz keçəcək. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 13-18°, gündüz 25-30° isti olacağı ehtimalı var.
Gəncə şəhərində, Qazax, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava yağmursuz keçəcək. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 18-23°, gündüz 33-38° isti olacağı proqnozlaşdırılır.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava yağmursuz keçəcək. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 19-24°, gündüz 31-36° isti, dağlarda gecə 10-15°, gündüz 23-28° isti olacağı bildirilir.
Mərkəzi Aran: Mingəçevir və Şirvan şəhərlərində, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 18-23°, gündüz 35-40°, bəzi yerlərdə 42° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava yağmursuz keçəcək. Səhər dağlarda duman müşahidə ediləcək. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 17-22°, gündüz 33-38° isti, dağlarda gecə 14-19°, gündüz 27-32° isti olacaq.
 
Bu xəbərləri də oxuyun:

Kişiləri intihar həddinə çatdıran 5 Hiyləgər qadının həyatı

17 yaşlı gəlin bakirə çıxmadı və... - Azərbaycanda toy günü TÜKLƏRİ BİZ-BİZ EDƏN HADİSƏ

İkinci dəfə ana olmağa hazırlaşan Zaurun Günayından hamiləlik FOTOLARI

Ərə getməyən qızların evli və ya boşanmış kişilərlə yaşamaq sevgisi

Azərbaycanda PENSİYALAR ARTIRILDI - Milli Məclis TƏSDİQLƏDİ