Aktual / Xəbəriniz olsun!

"WhatsApp" da barmaq izinə keçir

Banu. | 15-09-2019, 16:00
1 418 0
"WhatsApp" messenceri fəaliyyət göstərdiyi 10 ildən çox müddət ərzində son dərəcə təkmilləşib.  
Proqramın ilkin versiyasında yalnız yazılı mesajlar göndərmək mümkün idisə, hazırda onun vasitəsilə hətta qrup şəklində audio və video-zənglər etmək mümkündür.   Avqustun 18-də isə messencerin xidmətləri siyahısına çoxdan gözlənilən daha bir funksiya əlavə olunub.   Rəsmi mənbələrdən alınan məlumata əsasən, artıq "WhatsApp"ın "Android" üçün nəzərdə tutulan yeni 2.19.221 versiyası istifadəçilərin ixtiyarına verilib. Hazırda proqram sınaq versiyasındadır. Yekun versiyası çox güman ki, ən tezi sentyabrda işə salınacaq.   Söhbət xüsusi yeni "barmaq izi" funksiyasından gedir. Belə ki, bundan sonra bütün şəxsi məlumatlar yalnız adi parolla deyil, barmaq izləri ilə də qorunacaq. Bu funksiyanı aktivləşdirdikdə hər dəfə messenceri işə salmaq üçün barmaq izini skan etmək lazım olacaq. Beləliklə, yazışmaları kənar şəxslərin əlinə düşməkdən qorumaq daha rahat olacaq.  
Bunun üçün sazlamalara daxil olaraq "Məxfilik" bölməsində "Barmaq izi"ni seçmək lazımdır.Unikal.org 

Digər ən maraqlı xəbərlər: 

57 yaşlı qadın tanış olduğu gənc oğlanı bir gecəlik evinə çağırdı... - Sonrası HAMINI ŞOK EDƏCƏK

Yatmazdan əvvəl sekslə məşğul olursunuzsa deməli... - Mütəxəssislərdən ARAŞDIRMA

Sevgililər 9-cu mərtəbədən yıxıldılar – qız öldü, oğlan qaçıb getdi

Amerikalı onkoloq xərçənglə bağlı HƏR ŞEYİ AÇDI: bu xəstəliyə tutulmaq istəmirsinizsə...

Qız uşağına (övladına) necə hamilə qalmaq olar?

Ölkədə qadınlarla bağlı baş verən bütün son xəbərləri, həmçinin olduqca maraqlı qadın taleləri, məktubları QADIN İNFORMASİYA PORTALI - AZADQADİN.AZ... -da oxuya bilərsiniz.... 

Gözəllik xəbərləri, analıq məktəbi, sağlamlıq və bir-birindən maraqlı xəbərlərin ünvanı QADİN.AZ SAYT