Aktual / Xəbəriniz olsun!

SON DƏQİQƏ: Bakı metrosundan istifadə edənlərə ŞAD XƏBƏR-Sentyabrın 16-dan...

Banu. | 8-09-2019, 06:30
3 203 0
Sentyabrın 16-da (Sentyabrın 15-i bazar gününə düşdüyü üçün dərslər bir gün sonra start götürəcək) ölkədə yeni tədris ilinin başlaması ilə bağlı nəqliyyat sahəsində də yeniliklər gözlənilir. 

Məktəbli və tələbələrin tədrisə başlaması paytaxtda nəqliyyat sıxlığını istisna etmir.

Bakıda hər il olduğu kimi müşahidə ediləcək nəqliyyat sıxlığı ilə əlaqədar “Bakı Metropoliteni” QSC ilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov  açıqlamasında yeni tədris ili ilə bağlı hazırlaqların görüldüyünü və bəzi yeniliklərin olacağını açıqladı.


“Yeni tədris ili üçün bizdə xüsusi olaraq iş qrafiki mövcuddur. Bu, payız-qış qrafikinə keçiddən ibarətdir. Qatarların hərəkəti daha da sıxlaşdırılacaq və intervallar azalacaq. Bundan əlavə, yaxın günlərdə iki qatar xəttə buraxılacaq. Bu ayın axırına kimi daha iki qatar gətiriləcək. Yeni tədris mövsümündə Bakı metropolitenində kondisionerlə təchiz edilmiş qatarların sayı 11, vaqonların sayı isə 55 olacaq”,- deyə Bəxtiyar Məmmədov əlavə edib.

Xatırladaq ki, bu ilin yanvar-aprel ayları ərzində metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 77,1 mln. nəfər olub.BAKU.WS

Digər xəbərləri də oxuyun:  

Damlanın SEKS VİDEOsunu belə "çəkiblər"? - ŞOK FAKTLAR ortaya çıxdı - FOTO

Rus qadınlarının gözəllik sirri üzə çıxdı - Sən demə Stalin...

Azərbaycan vətəndaşlarının vizasız gedə biləcəyi ölkələr - SİYAHI

Yuxuya gedən arvadının telefonundakı mesajları oxuyan kişi dəhşətə gəldi

ŞAD XƏBƏR: Prezident yenə pensiyaları artırdı - 1 oktyabrdan