Aktual / Xəbəriniz olsun!

“İrşad Electronics”lə müştəri arasında qalmaqal: “Pulu qaytarın…”

Banu. | 14-08-2019, 19:35
2 010 0

"İrşad Electronics”dən telefon alan müştəri şikayətçidir.
Azadqadin.az  Minval.info-ya istinadən xəbər verir ki, "Azad İstehlakçılar” İctimai Birliyinin yaydığı məlumatda vətəndaş Atakişiyev Ələmdar Qamil oğlu "İrşad Electronics”dən 399 manata aldığı "Samsunq A20” markalı mobil telefonda nasazlıq aşkar edib.
 
 
"200 manat nağd ödədim. Bu zaman mənə rəsmi kassa çeki verilmədi. Dükanda 39 manata adapdır və üzlük aldım. Bunların da pulu kreditin üzərinə gəlib mənimlə müqavilə bağlayıb çoxsaylı sənədlərə qol çəkdirib, müqavilənin sürətini mənə vermədilər. Yalnız 12 ay müqabilində hər ay 21 manat ödənilməklə 12 aylıq zəmanət talonu verdilər. Telefonu satarkən məni inandırdılar ki, telefon təzədir. Telefonu evə apardım 1 gün sonra telefon danışarkən öz-özünə dayanır, başqa nömrələrə zəng gedir bir sözlə işləmədi”, deyə Ə.Atakişiyev deyib.
O bildirib ki, həmin mağazaya gedərək telefonda nasazlıq aşkar olunduğunu deyib: "Tələb etdim ki, telefonu ya dəyişin, ya da müqaviləni ləğv edib ödədiyim pulu qaytarın. Satıcı tələbimi yerinə yetirmədi. "Xətai” metrosunun yanında "İrşad”ın servisinə yolladı.
Gedib servisdən tələb etdim ki, ya telefonu dəyişin, ya da telefonu qaytarın. Servisdə işləyən telefonu məndən aldı, xüsusi işıq verən aparatla telefona baxaraq söylədi ki, mən telefona cızıx salmışam, yəni telefonu mən zədələmişəm. Mən izah etdim ki, mən telefonu aldığım gün üzləmişəm, bu mənə böhtandır. Servis işçisi mənə dedi açıb düzəldərəm və mən lakin buna razı olmadım.
Qərara gəldim ki, mənə işlənmiş qüsurlu telefon satıblar. Bu vəziyyətlə razılaşmadığım üçün telefonu servizdə qoyub çıxdım. Hesab edirəm məni aldatmışlar, köhnə telefon satmışlar. Telefonda cızığı özləri etiblər və mənə də böhtan atırlar”.
Şikayətçi nasazlıq aşkar olunan telefonu ya təzə telefonla əvəz edilməsini, ya da müqavilənin ləğv edilib ödədiyi 200 manatı ona qaytarılmasını xahiş edib.
Məsələ ilə bağlı "İrşad Electronics”dən bizimyol.info-ya bildirilib ki, müştəri telefonu 21.07.2019-cu il tarixində əldə edib:
"İki gündən sonra telefonda nasazlıq aşkar olunub və müştəri onun qaytarılması/dəyişdirilməsi ilə bağlı 23.07.2019-cu il tarixində filiala müraciət edib. Filialda şirkətin təlimatına əsasən ona məlumat verilib ki, texniki servisə müraciət etsin və telefonun əmtəə görünüşü pozulmadığı halda baxış keçirilsin.
Atakişiyev Ələmdar Qamil oğlu 02.08.2019-cu il tarixində texniki servisə müraciət edib. Telefona baxış keçirildikdən sonra onun əmtəə görünüşünün pozulduğu aydınlaşıb. Telefonun üzərində cızıq aşkarlanıb, təlimata və şirkətin şərtlərinə əsasən telefonun geri qaytarılmasının mümkün olmadığı bildirilib. Bütün müştərilər zəmanət talonu ilə tanış olduğu zaman, orada qeyd olunan bu qaydaları nəzərdən keçirir. Daha sonra şərtlərlə razılaşıb, talonu imzalayıb, telefonu təhvil alırlar. Zəmanət talonuna əsasən müştərilər istehsalçının təqsirindən yaranmış qüsurlara bir il zəmanət verildiyini və təmirin bu müddət ərzində təmənnasız ediləcəyi haqqında xəbərdardırlar. Müştəriyə telefonun üzərində cızıq olduğu üçün onu dəyişmək və ya qaytarmağın mümkün olmadığını, lakin 1 illik zəmanətə əsasən telefonun təmir edilərək, işlək vəziyyətdə ona qaytarılacağını bildiriblər. Hazırda telefon müştəridədir”.

Bu xəbərləri də oxuyun:

Məşhur müğənni ərinə qadınla xəyanət etdi - Fotolar

Gözdəyməyə qarşı nə edim?-Cavab həyatınızı xilas edəcək

PKK-çı qadın dəhşətli faktlar açıqladı

Azyaşlı uşaq və əmisi otel balkonundan yıxıldı - Gəncədə

Azərbaycanda uşaq, tələbə, pensiyaçı və hamilə qadınlara - ŞAD XƏBƏR