Aktual / Xəbəriniz olsun!

Təhsil Nazirliyi rektorlara tapşırıq verdi: Təhsil haqqı hissə-hissə alınsın

Banu. | 14-08-2019, 16:19
211 0
Təhsil Nazirliyi ödənişli əsaslarla təhsil almaq hüququ qazanan tələbələrlə bağlı universitet rəhbərlərinə tapşırıq verib.


Nazirlikdən  verilən məlumata görə, Təhsil Nazirliyinin kollegiyasının qərarına əsasən, ali təhsil müəssisələrinin rəhbərlərinə ödənişli təhsil alan tələbələrin təhsil haqlarını təhsil aldığı müddətdə yarımilliklər üzrə ödənilməsinə şərait yaratmaları üçün tapşırıq verilib. 


Məlumat üçün bildirək ki, ali təhsil müəssisələrinin builki müsabiqəsində 58 258 nəfər iştirak edib.


Onlardan 42 062 nəfəri (o cümlədən 3 542 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub. 17 820 (o cümlədən 586 subbakalavr) nəfər dövlət sifarişi əsasında, 24 242 (o cümlədən 2 956 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.

Bu xəbərləri də oxuyun:


Məşhur müğənni ərinə qadınla xəyanət etdi - Fotolar

Gözdəyməyə qarşı nə edim?-Cavab həyatınızı xilas edəcək

PKK-çı qadın dəhşətli faktlar açıqladı

Azyaşlı uşaq və əmisi otel balkonundan yıxıldı - Gəncədə

Azərbaycanda uşaq, tələbə, pensiyaçı və hamilə qadınlara - ŞAD XƏBƏR