Aktual / Xəbəriniz olsun!

“Fərizənin ölümü İlhamı daha da göylərə qaldırdı...”

Banu. | 12-08-2019, 09:43
109 0
Bu gün Qanlı 20 Yanvar hadisəsində şəhid olan (İlham və Fərizə) Fərizənin doğum günüdür. F.Allahverdiyeva 1970-ci il avqustun 11-də anadan olub. Lakin 20 Yanvar hadisəsində 19 yaşında vəfat edib. 


Məsələylə bağlı  danışan İlhamın qardaşı Elxan Allahverdiyev hazırda Şəhidlər Xiyabanında onların məzarını ziyarət etdiyini bildirdi:


“İndi mən Şəhidlər Xiyabanında İlhamla Fərizənin məzarını ziyarət edirəm. Burda çoxlu insanlar var və hətta turistlər də onların məzarına gül qoyurlar. Mən həmişə demişəm ki, Fərizənin ölümü İlhamı daha da göylərə qaldırdı. Fərizə bu addımıyla İlhama olan sədaqətini göstərdi. Bizim tarix boyu qəhrəman qadınlarımız çox olub, amma müasir Azərbaycanımızda Fərizə yeganə qadındır ki, həyat yoldaşına qovuşmaq üçün özündən keçdi”.


Qeyd edək ki, 30 iyun İlham və Fərizənin toy günüdür. İlham və Fərizə 1989-cu il martın 19-da nişanlanıblar. 1989-cu il iyunun 30-da isə toyları olub. 1990-cı il 20 Yanvar hadisəsi zamanı İlham şəhid olduqdan sonra bu həsrətə dözməyən Fərizə də zəhər içərək özünü öldürür. Onların sevgi dastanı bu gün Azərbaycanda dillər əzbəridir. 30 iyuun İlham və Fərizənin toy günü 2004-cü ildən qeyri-formal olaraq Azərbaycanda “Sevgililər Günü” kimi qeyd olunur. moderator.az

Digər xəbərləri də oxuyun:

Yüksək maaşla iş tapmaq istəyənlər: Bu ölkələr işçi axtarır – ŞƏRTLƏR

70 yaşım var, ağrı və xəstəliyin nə olduğunu bilmirəm, mən sizinlə öz sirrimi bölüşəcəm-Bir qəpik belə etməyən resept

Estetik əməliyyatlar etdirən aparıcı Nanənin arxiv fotoları görənləri şok etdi

Evinizdə cadu olub, olmadığını bu üsulla yoxlayın- Falçıya getməyin!