Aktual / Xəbəriniz olsun!

Afaq Aslan Avropanın ƏN GÖZƏL QADINI olmaq üçün yarışacaq - FOTOLAR

Banu. | 26-08-2019, 09:00
206 0
“Hər il İtaliyada Beynəlxalq səviyyədə keçirilən “Miss Europa Continental” yarışmasının təşkilatçıları tərəfindən modellik yarışmasına təklif almışam”.
Bunu müğənni Afaq Aslan instaqramda yazıb.
Yeni fotosessiyasından görüntülərini izləyiciləri ilə bölüşən müğənni bildirib ki, 7-ci dəfə keçiriləcək yarışmanın məqsədi İtaliyada Avropanın ən gözəl xanımlarını seçməkdir: “Təşkilat tərəfindən bu günə qədər Azərbaycanda hər hansı bir tanınmışa yarışmada iştirak etmək hüququ verilməyib. Lakin təşkilatın münsifləri tərəfindən bu dəfə mənə Azərbaycanı təmsil etmək üçün təklif olunub. Çox götür-qoy edərək mənə göndərilən təkliflə tanış oldum və qarşılıqlı müqavilə imzaladıq. Nəticədə, rəsmi olaraq "Miss Europa Continental 2019" yarışmasının Azərbaycan təmsilçisi seçildim”.
A.Aslan bildirib ki, noyabrın 19-24-ü ərəfələrində İtaliyada Avropanın ən gözəl siması olmağı qarşısına məqsəd qoyaraq, oraya üz tutacaq: “Qeyd edim ki, yarışmanın qalibləri Avropanın ən öndə gedən brend şirkətləri ilə müqavilə imzalayıb, onların simaları olacaq və mən Azərbaycanı bu yarışmada təmsil edən ilk azərbaycanlı xanım olacam”.publika.az




BU XƏBƏRLƏRİ MÜTLƏQ OXUYUN:

İnstaqramın məşhur əfqan qızı: Əsəbi zəif olanlar baxmasın - FOTOLAR

İki bina arasındakı boşluqda yer alan və dünynın ən dar evində necə yaşandığına baxın, inanmayacaqsınız-Fotolar

Elə, bu dəqiqə yoxlayın: Bu 7 əlamətdən 4-ü sizdə varsa həyəcan təbili çalmağın vaxtıdır- Şəkərsiniz

Məşhur kinorejissorun İNTİHARI - Şövkət Ələkbərovanın əri özünü niyə güllələyib...

Qadınları qul kimi satan, körpələri itlərinə yedizdirən səyyah - Kolumb GENOSİDİ

Rayona gedən Gülay geri qayıdarkən bacısını əri ilə yataqda tutdu -Azərbaycanda+VİDEO