Aktual / Xəbəriniz olsun!

Bakıda məktəbli qızı qaçırdılar

Banu. | 18-07-2019, 09:26
262 0
Bakının Nərimanov rayonunda 15 yaşlı qız evlənmək məqsədilə qaçırılıb.
AzadQadin.az  xəbər verir ki, bu barədə oxu.az-a Nərimanov Rayon Polis İdarəsindən məlumat verilib.
Bildirilib ki, iyulun 15-də 39 yaşlı V.Qurbanova 17-ci polis bölməsinə müraciət edib. Qadın bildirib ki, qızı, 2004-cü il təvəllüdlü T.Qurbanova Həsən Mirzəyev küçəsində yerləşən evlərinin həyətindən qaçırılıb.
Məktəblini onu çoxdan sevən Əli adlı şəxsin qaçırdığı məlum olub. Hazırda əməliyyatçılar qaçırılan məktəblinin və onu qaçıran gəncin axtarışı ilə məşğuldur.
Maraqlıdır ki, bu, Nərimanov rayonunda son sutka ərzində baş vermiş yeganə analoji hadisə deyil.
Qafqazlıların bu qədim adətinin budəfəki qurbanı 22 yaşlı Lamiyə Bayramova olub. Onu saat dörddə Fətəli Xan Xoyski küçəsindən aparıblar.
Qeyd edək ki, Azərbaycanda mövcud qanunvericiliyə görə, evlilik yaşı 18, istisna hallarda isə 17-dir.
16 yaşına çatmamış şəxslə cinsi əlaqədə olmaq isə cinayət məsuliyyətinə səbəb olur.
Ekspertlər vurğulayırlar ki, bütün qadağalara baxmayaraq, Azərbaycanda erkən nikahlar hələ də aktualdır.

Digər xəbərlər burada:

Bir stəkan südə bir çay qaşığı mixək əlavə edin və sonsuzluğa, cinsi zəifliyə son!

1 limonu 4 hissəyə bölün, üzərinə duz töküb mətbəxə qoyun, bu sizin bütün həyatınızı dəyişəcək

İstənməyən tüklərdən bir anda ağrısız və qəpiyə xilas olun- Pomidor+Diş pastası

Nənəsinin keçmişinə görə gənc qızı öldürdülər – Bakıda

“Qoşulub qaçdım... dedi, səni ikinci arvad kimi saxlayıram...” - ARAŞDIRMA