Aktual / Xəbəriniz olsun!

Yas mərasimləri qəbiristanlıqların yanında keçiriləcək - YENİLİK – VİDEO

Banu. | 16-07-2019, 09:41
1 067 0
Nazirlər Kabinetinin qərarına əsasən, hazırda yeni qəbiristanlıq ərazilərinin seçilməsi üçün işlər aparılır.

AzadQadin.az xəbər verir ki, bunu "Xəzər Xəbər"ə açıqlamasında Milli Məclisin İctimai birliklər və Dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.

Komitə sədrinin sözlərinə görə, yeniliklərin tətbiqində əsas məqsəd bu sahədə sosial ədalətin təmin edilməsidir.

Millət vəkilinin sözlərinə görə, həyata keçiriləcək yeniliklərdən biri də yas mərasimlərinin elə qəbiristanlıqların yanında keçirilməsidir.

Maddi cəhətdən imkanı aşağı olan ailələr üçün isə yas mərasimlərini bələdiyyələr təşkil edəcək.

Qeyd edək ki, qəbiristanlıqların salınması və idarə edilməsi qaydalarına əsasən, bu ərazilərin idarəçiliyi bələdiyyələrin ixtiyarına verilir.

Siyavuş Novruzovun sözlərinə görə, bu il Azərbaycanda keçiriləcək bələdiyyə seçkilərində yeni seçilən bələdiyyələr qəbiristanlıqların yeni qaydalara uyğun hazırlanması işi ilə fəal şəkildə məşğul olacaqlar.
Digər xəbərləri də oxuyun:

Elza Seyidcahan Röyanın BÜTÜN SİRRİNİ AÇDI: "O, hər gün sevişir, təkcə Hüseyni doğmayıb"

“Viaqra”nın inanılmaz faydası – Buna da qadir imiş…

Lak çəkdikdən 10 saat sonra bədəndə nə baş verir? - Görün, nə qədər xəstəliyin səbəbi imiş

Rəqsanənin qızı yaxtada içki ilə görüntüləndi - Şok FOTO