Aktual / Xəbəriniz olsun!

Xatirədən qalan xatirə... - Fotolar

Banu. | 16-07-2019, 08:52
3 894 0

Xəbər verdiyimiz kimi, Şəkidə baş verən bədbəxt hadisə nəticəsində xəsarət alan Xatirə Ağamalıyeva həkimlərin səyinə baxmayaraq, Şəki Mərkəzi Rayon Xəstəxanasında vəfat edib.
 1987-ci il təvəllüdlü Xatirə Ağamalıyeva Gəncə şəhər 26 saylı orta məktəbdə ingilis dili fənnini tədris edib. O, eyni zamanda Şəmkirdə repetitor kimi fəaliyyət göstərib.
Əslən Qərbi Azərbaycanın Şişqaya kəndindən olan Ağamalıyeva, 1988-ci ildə ailəsiylə Şəmkirin Çənlibel kəndinə köçüb. Uşaq ikən atasını itirən Xatirə Ağamalıyevanın anası ilə birgə Şəmkirin İpək yolu qəsəbəsində yaşadığı bildirilir. Yaxınlarının dediyinə görə, Xatirə Ağamalıyeva savadlı, mehriban, şagirdlərinin sevimlisi olub.
O, Gəncədə ali təhsil aldıqdan sonra ailə həyatı qurub. Bir müddət sonra yoldaşından ayrılan Ağamalıyevanın bir qız övladı var. Xatirədən xatirə qalan azyaşlı qızı bu il 5-ci sinifi bitirib.
Qeyd edək ki, Xatirə Ağamalıyeva bu gün Şəmkirin Çənlibel kəndində torpağa tapşırılacaq.



“Qafqazinfo”