Aktual / Xəbəriniz olsun!

Rayondan gəlib Bakıda yaşayanlar üçün TƏCİLİ XƏBƏR - Bunu etməsəniz cərimə yazılacaq!

Banu. | 24-08-2019, 09:30
211 0



Daxili İşlər Nazirliyindən (DİN)  verilən məlumata görə, vətəndaşın olduğu yer üzrə qeydiyyatı yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmadan aparılır.


Yaşayış yerindən kənarda 60 gündən artıq müvəqqəti yaşamaq istəyən vətəndaş həmin yerə gəldikdən sonra 7 gün ərzində (istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü istisna olmaqla) internet üzərindən DİN Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin saytına daxil olmaqla olduğu yer üzrə qeydiyyata alınır.


Vətəndaş olduğu yerdən getdikdə müvafiq icra hakimiyyəti orqanı onu olduğu yer üzrə qeydiyyatdan çıxarır.


Olduğu yer üzrə qeydiyyat haqqında qanunvericiliyin pozulması Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 563-cü maddəsi ilə inzibati məsuliyyətə səbəb olur: vətəndaşın olduğu yer üzrə qeydiyyatdan keçməməsinə, yaxud qeydiyyata alma və qeydiyyatdan çıxma qaydalarına əməl etməməsinə görə xəbərdarlıq edilir və ya otuz manat məbləğində cərimə edilir.Vətəndaşlar olduğu yer üzrə müvəqqəti qeydiyyata alınmaq üçün Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin (www.bpqmi.gov.az) internet sayıtına daxil olub, E-qeydiyyat bölümündə (https://e-qeydiyyat.bpqmi.gov.az/login) fiziki və ya hüquqi şəxs kimi qeydiyyatdan keçməlidirlər.oxu24

Digər xəbərləri də oxuyun:

Sevdiyi qadından boşanan, ən yaxın dostundan inciyən SƏYAVUŞ ASLAN

Elza Seyidcahan Röyanın BÜTÜN SİRRİNİ AÇDI: "O, hər gün sevişir, təkcə Hüseyni doğmayıb"

Şad xəbər: SSRİ-DƏ DOĞULAN HƏR KƏSƏ RUSİYA VƏTƏNDAŞLIĞI VERİLƏCƏK

Bu işarələrə DİQQƏT: Böyrəklərinizdə xəstəlik olduğunu bildirən, ağlınıza gəlməyən 8 əlamət

SON DƏQİQƏ: Azərbaycan xalqına İTKİ ÜZ VERDİ: Tanınmış aktrisamız VƏFAT ETDİ-FOTO

Roza Zərgərli ombasını belə böyüdür – VİDEO