Aktual / Xəbəriniz olsun!

Bazarda pomidor və xiyarın qiyməti niyə bahadır? – VİDEO

Banu. | 9-07-2019, 14:16
178 0
Son bir-iki həftə ərzində mövsümün əsas tərəvəzlərindən sayılan pomidor və xiyarın qiymətində bahalaşma müşahidə edilir.

AzadQadin.az  Xəzər TV-yə istinadən xəbər verir ki, hər iki məhsulun qiymətində 40-60 qəpik yüksəlmə var.

Satıcılar qiymət artımını məhsulın qıt olması ilə əlaqələndirirlər. Onların sözlərinə görə, ölkədə istehsal edilən məhsulun böyük hissəsi xaricə satılır, yerdə az məhsul qaldığından bahalaşma yaranır.

Bir qrup satıcı isə bahalaşmanı əlverişsiz hava şəraiti və məhsulun sahədə qiymətinin yüksəlməsi ilə izah edib.

Pomidor və xiyarın xüsusilə istixana şəraitində ən çox yetişdirildiyi Şəmkir rayonunda da məhsulun qiymətində bahalaşma var.

Saatlı rayonunda da istixana şəraitinda becərilən bu məhəsul yekunlaşmaq üzrədir.

Düşündürücü məqam odur ki, paytaxt bazarlarında tərəvəzlərdə qiymət artımı sahədəki qiymət artımına adekvat deyil. Məsələn, sahədə qiymət 10-15 qəpik qalxıbsa, Bakıda bu fərq 50-60 qəpiyə qədər hiss edilir.

Məsələ ilə bağlı Kənd Təsərrüfatı Nazirliyindən bildirdilər ki, pomidor və xiyarın qiymətində nəzərə çarpan qiymət artımı ixracın artması ilə bağldır.

''Hazırda bazardakı məhsulların yarısı istixanada yetişdirilir. Açıq sahədə becərilən pomidor və xiyar tam olaraq bazara çıxarılmayıb.

Yaxın müddətdə açıq sahədə yetişdirilən məhsul kütləvi şəkildə yığılaraq bazara çıxarıldıqdan sonra qiymət avtomatik olaraq ucuzlaşacaq'',- deyə nazirlikdən bildirilib. 

Bu xəbərləri də oxuyun:

Kişiləri intihar həddinə çatdıran 5 Hiyləgər qadının həyatı

Ən yaxşı sevişən bürc hansıdır?- İnanılmaz faktlar

Gəlinin toydan sonra GÖRÜNTÜLƏRİ YAYILDI - Şok FOTOLAR

Bakirəliklə bağlı ŞOK FAKTLAR: xəyanət zamanı orqanizmdə nə baş verir?

Onlar heç vaxt xəstələnmirlər, xərçəng haqqında bilmirlər və 120 ilə qədər yaşayırlar. Bu da onların sirri

Bu da Rüfət Axundovun heç yerdə görmədiyiniz xanımı - İLK FOTO

57 yaşlı qadın tanış olduğu gənc oğlanı bir gecəlik evinə çağırdı... - Sonrası HAMINI ŞOK EDƏCƏK