Aktual / Xəbəriniz olsun!

Azərbaycan müəllimlərinə şad xəbər: MAAŞLAR ARTDI

Banu. | 19-06-2019, 15:01
106 0


Prezident İlham Əliyev təhsil müəssisələrində çalışan bir sıra şəxslərin maaşlarının artırılması ilə bağlı sərəncamlar imzalayıb.
Azadqadin.az bildirir ki, AZƏRTAC-ın dərc etdiyi sənədə əsasən, dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin aylıq vəzifə maaşları 2019-cu il sentyabrın 1-dən orta hesabla 20 faiz artırılır.
Maaşları artırılanlar arasında dövlət peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlər, idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilər də var.
Müvafiq sərəncama əsasən, onların aylıq vəzifə maaşları 2019-cu il sentyabrın 1-dən orta hesabla 20 faiz artırılacaq.

Bu xəbərləri də oxuyun:

Yayda nanə çayı için - Qadın xəstəliklərini sağaldır

“Həkim dedi ki, üç saatdan sonra ölə bilərsən” - Firəngiz Mütəllimova

Evdə ayaqyalın gəzirsinizsə, mütləq oxuyun

Azərbaycanda dəhşətli ölüm hadisəsi: Başı bədənindən ayrıldı – VİDEO+18

Azərbaycanda 19 yaşlı qız bu məktubu yazıb evdən qaçdı - FOTO

Azərbaycanlı müğənnidən ETİRAF -Arvadım deyirdi ki, get, bağda ağacları sula...