Aktual / Xəbəriniz olsun!

DİQQƏT! Xəbər az öncə gəldi: Əhaliyə qəti xəbərdarlıq edildi -RƏSMİ

Banu. | 27-05-2019, 14:23
393 0

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) paytaxtda müşahidə olunan güclü küləklə əlaqədar sakinlərə və sürücülərə xəbərdarlıq edib.
BŞİH Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov bildirib ki, güclü küləyin müşahidə edilməsi, bununla bərabər ağacların hazırda inkişaf etmə mərhələsində olması onların aşma təhlükəsini artırır. Belə külək hətta sağlam ağacları da aşıra bilər:
“İndi ağaclar inkişaf etmə mərhələsində olduqlarından onların aşma təhlükəsi əvvəlki aylara nisbətən daha çoxdur. Buna görə də sürücülərdən xahiş edilir ki, maşınlarını ağacların altında saxlamasınlar. Sakinlərə isə ağacların altında dayanmamaq və ehtiyatlı olmaq məsləhət görülür”.
Qeyd edək ki, bu gün Bakıda və Abşeron yarımadasında küləkli hava şəraiti hökm sürür.

Bu xəbərləri də oxuyun:

Arvadını kənddə qonşu kişi ilə tutdu, sonra dayısı ilə… – Azərbaycanda AĞLASIĞMAZ HADİSƏ

Xəyanət şübhəsilə evə gizli kamera yerləşdirdi: ağlamağa başladı - VİDEO

70 faiz qurbanını öldürən “gizli” qadın xəstəliyi - Heç bir əlaməti olmur!

Dəhşətli hekayət-Bakıda klinikada qadını dəhşətli hala saldılar, ömürlük əlil oldu

Qadınlar tez-tez intim əlaqədən... - Nikahı möhkəmləndirən 5 FAKTOR