Aktual / Xəbəriniz olsun!

İtkin düşən 25 yaşlı oğlan tapıldı - Nişanlısından küsübmüş

Banu. | 21-05-2019, 17:59
266 0


Mayın 17-də itkin düşən Gəncə Şəhər Təhsil İdarəsinin məsləhətçisi 1994-cü il təvəllüdlü Ceyhun Qabil oğlu Bağırov tapılıb.



AzadQadin.az xəbər verir ki, bu barədə Report-a açıqlamasında onun atası Qabil Bağırov məlumat verib.

O bildirib ki, oğlu C.Bağırov nişanlısı ilə dalaşdıqdan sonra inciyib və Gürcüstana gedibmiş: “Gəncə Şəhər Polis İdarəsinin əməkdaşları mənə dünən məlumat verdilər ki, Ceyhun mayın 19-u Azərbaycan-Gürcüstan sərhədində olub. Dünən axşam saatlarında oğlumu evə gətirdilər. Ceyhun nişanlısı ilə dalaşdıqdan sonra ölkəni tərk etmək qərarına gəlib və elə mayın 17-si Gürcüstana gedib. İki gün orada qaldıqdan sonra qayıdıb. İndi evdədir, hər şey yaxşıdır. İyunun 11-də toyu olacaq”.

Bu xəbərləri ƏSLA qaçırmayın:

Ölüm ayağında ona xəyanət etmiş ərini arzulamışdı - 29 yaşında dul qalan məşhur

51 yaşlı kişidən həyat yoldaşına qarşı QANDONDURAN ƏMƏL

"Ərim mənimlə arvadı kimi yox, fahişəsi kimi davranırdı, soyundurub küçədə..." - Azərbaycanda ŞOK

Gədəbəydə ər arvadının yalvarışına baxmadı: Kartofu kimə satmısan?.. – Qanlı cinayət

Evinizin uğurlu olması üçün, yaxşı iş tapmaq üçün... - Vanqadan məsləhətlər

Polisdən XƏBƏRDARLIQ – Bu təkliflərə inanmayın!