Aktual / Xəbəriniz olsun!

Bakıda kişi sevgilisini əvvəlcə bıçaqladı, sonra təcili yardım çağırdı — TƏFƏRRÜAT

Banu. | 15-05-2019, 15:29
233 0
Qeyri-rəsmi münasibətdə olduğu qadını öldürməyə cəhddə təqsirli bilinən Azər Əhmədov Ali Məhkəməyə müraciət edib.

Təqsirləndirilən şəxsin müraciəti ilə bağlı məhkəmə baxış iclası iyun ayının 16-da hakim Tahir Kazımovun sədrliyi ilə keçiriləcək.

İttihama görə  Azər Əhmədov bir neçə ay əvvəl qeyri-rəsmi münasibətdə olduğu, ər-arvad kimi birlikdə yaşadığı Məhəbbət Şıxıyevaya 6 bıçaq zərbəsi endirib.


Buna səbəb Azər Əhmədov evə gəlmədiyi, telefonuna zəng çatmadığı üçün Şıxıyevanın onun qohumlarına zəng etməsi olub.

Şıxıyevanın bu hərəkətindən qəzəblənən Azər Əhmədov evə gələrək arvadı ilə mübahisə edib. Mübahisə zamanı Əhmədov mətbəxdən götürdüyü bıçaqla Şıxıyevaya 6 bıçaq xəsarəti yetirib. 

Daha sonra arvadının həyatını xilas etmək üçün özü təcili tibbi yardıma zəng edib. Xəstəxanaya çatdırılan Məhəbbət Şıxıyevanın həyatını xilas etmək mümkün olub.

Polis əməkdaşlarə tərəfindən saxlanılan  Azər Əhmədova qarşı Cinayət Məcəlləsinin 29.120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb. "ölkə.az"


Bu xəbərlər də maraqlıdır

Bu xəbərləri də oxumaq üçün yazıya tıklayın:    

Samirə 2-ci dəfə, görün kimə ərə gedir

Azərbaycanda bəy toyu günü gəlinin görüntüsünü paylaşdı - VİDEO

SOSİAL Bakirə çıxmadığı deyilən gəlindən şok sözlər: Ərim özünə baxıb həzz alırdı

SON DƏQİQƏ: "Minimum pensiyalar və əməkhaqqı 40 faiz, təqaüdlər orta hesabla 100 faiz artırılıb" - Nazir

Azərbaycanda DƏHŞƏTLİ OLAY: Ana 14 yaşlı qızını zorla ərə verib, nəvəsini...

DİQQƏT! Olacaqlardan hər kəs xəbərdar olsun

ƏN SON XƏBƏRLƏR BURADA!