Aktual / Xəbəriniz olsun!

SON DƏQİQƏ: Azərbaycan-Gürcüstan sərhədi bağlandı -FOTO

Banu. | 2-05-2019, 21:41
9 636 0


Azərbaycanın Gürcüstanla sərhədində yerləşən "Sınıq Körpü" sərhəd keçid məntəqəsində problem yaranıb.

 3 saatdan çoxdur sərhəd keçid məntəqəsinin fəaliyyəti dayanıb. Yüzlərlə şəxs Gürcüstandan Azərbaycana keçə bilmir.

Dövlət Gömrük Komitəsi Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən BAKU.WS-ə verilən məlumata görə, məhdudiyyətin yaranmasına Gürcüstanın sərhədkeçmə proseslərini tənzimləyən müvafiq idarəetmə sistemində baş verən nasazlıq səbəb olub.

Dövlət Gömrük Komitəsinin aidiyyəti qurumları qarşı tərəflə danışıqlar aparıb və hazırda sistemdə baş verən nasazlığın aradan qaldırılması üçün tədbirlər görüldüyü, problemin tezliklə həllini tapacağı bildirilib.

BAKU.WS

Bu xəbərləri də oxuyun:

Evi olmayanlara ŞAD XƏBƏR - Artıq hamı ev tikə bilər-Ev tikmək üçün rüsum və icazəyə EHTİYAC YOXDUR

Birinci arvadını bacısı adı ilə elçiliyə göndərdi - Masallıda inanılmaz OLAY

"Mənə həmişə deyirdi ki, qocasan..." - Lalənin eks-əri

MAY ayında burclər sizə nə vəd edir? - 2 bürcü bədbəxtlik, 3 bürcü, xoşbəxtlik, 2 bürcü bol qazanc, digər bürcləri isə...

Prezident əmək pensiyaları haqda SƏRƏNCAM verdi

Ayselin ailəsini dağıtdığı iddia edilən Elçindən ŞOK ƏMƏL - 500 manat verib...- FOTO